Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb
siyasət

Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb

08-12-2025 18:00 17 Просмотров
IMG

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Tvit.az-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.

 

Bu kontekstdə cari ilin aprel ayında İran Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

 

Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 

Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.