Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bərdədə bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi
turizm

Bərdədə bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi

08-12-2025 11:00 30 Просмотров
IMG

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

"Tvit.az" xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.