Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ceyhun Bayramov NATO rəsmisi ilə regional və beynəlxalq təhlükəsizliyi müzakirə edib
siyasət

Ceyhun Bayramov NATO rəsmisi ilə regional və beynəlxalq təhlükəsizliyi müzakirə edib

04-12-2025 20:00 16 Просмотров
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

 

Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə daxil olan müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular müzakirə olunub.