Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət "Azərbaycan və Ermənistan arasında əhəmiyyətli tərəqqi əldə edilib" - Nazir
siyasət

"Azərbaycan və Ermənistan arasında əhəmiyyətli tərəqqi əldə edilib" - Nazir

04-12-2025 17:00 16 Просмотров
IMG

Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.

"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib:

“Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.