Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Polis xeyli silah-sursat aşkarladı
turizm

Polis xeyli silah-sursat aşkarladı

03-12-2025 10:00 10 Просмотров
IMG

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Tvit.az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.