Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda daha 40 nəqliyyat vasitəsi özəlləşdirilib
sosial

Azərbaycanda daha 40 nəqliyyat vasitəsi özəlləşdirilib

02-12-2025 18:00 50 Просмотров
IMG

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

 

Tvit.az bu barədə quruma istinadən xəbər verir.

 

Hərraca çıxarılan nəqliyyat vasitələrinin biri Maliyyə Nazirliyinə, 39-u isə Müdafiə Nazirliyinə məxsusdur. Onlardan sadəcə biri - "Mercedes Benz S320" markalı avtomobil - start qiymətindən (6 500manat) iki dəfədən (15 800 manata) baha qiymətə satılıb.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

 

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

 

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.