Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Uraldakı Azərbaycan icmasının yeni rəhbəri saxlanıldı
turizm

Uraldakı Azərbaycan icmasının yeni rəhbəri saxlanıldı

01-12-2025 20:00 68 Просмотров
IMG

Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlıların müşayiəti ilə polis Uraldakı Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayevi saxlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə bir neçə müstəqil mənbə E1.ru-ya məlumat verib.

 

Məlumata görə, icma rəhbəri elit "Encore" fitness klubuna baş çəkərkən saxlanılıb.

 

İlkin məlumata əsasən, o, torpaq sahəsinin satışı zamanı fırıldaqçılıqda şübhəli bilinir.

 

Məlumat dərc olunduqdan sonra Vidadi Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefon nömrəsi bağlı olub.

 

Qeyd edək ki, V.Mustafayev yayda həbs olunmuş Şahin Şıxlinskinin yerinə Uraldakı Azərbaycan icmasının rəhbəri təyin olunmuşdu.