Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri ilə bağlı danışıqlar davam edir.
Tvit.az “Azad İran”a istinadən xəbər verir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfərin həyata keçirilməsi prinsipcə razılaşdırılıb və tərəflər hazırda uyğun tarixi müəyyən etmək üçün danışıqlar aparırlar.
Bəqayi qeyd edib ki, səfərin dəqiq vaxtı diplomatik kanallar vasitəsilə yaxın vaxtda dəqiqləşəcək.
Elmin Alışov