Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran və Səudiyyə Ərəbistanı regional əməkdaşlığı genişləndirir
dünya

İran və Səudiyyə Ərəbistanı regional əməkdaşlığı genişləndirir

01-12-2025 19:00 70 Просмотров
IMG

Bu gün İran xarici işlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Səud bin Məhəmməd əs-Satinin Tehrana səfəri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin davamıdır.


Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.


Onun sözlərinə görə, Əs-Sati ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, eləcə də regional məsələlər – Qəzza zolağı, Livan və Suriyadakı vəziyyət müzakirə olunub.


Bəqayi qeyd edib ki, tərəflər Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsi üçün regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. 


Elmin Alışov