Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Belçikanın xarici işlər naziri Rusiya aktivlərinə görə Aİ-ni sərt tənqid etdi
dünya

Belçikanın xarici işlər naziri Rusiya aktivlərinə görə Aİ-ni sərt tənqid etdi

01-12-2025 12:00 66 Просмотров
IMG

Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə yardımı göstərməyin konkret yollarını tapa bilmir, çünki bu məqsədlə dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyinə bağlı olaraq təkid göstərir.

Tvit.az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.

“Ukraynaya maliyyə dəstəyi üçün aydın bir mexanizm tapmaqda Aİ-nin indiyədək aciz qalması Belçikanın günahı deyil, ittifaqın Rusiya aktivlərindən istifadə etməkdə israr etməsinin nəticəsidir. Üstəlik, bunu necə etmək lazım gəldiyini və bununla bağlı riskləri başa düşmədən edirlər”, - diplomat vurğulayıb.

Prevo, həmçinin Ukraynaya veriləcək “reparasiya krediti” adlanan mexanizmi münaqişənin başa çatdırılması üzrə davam edən sülh səylərinə maneə adlandırıb.

O bildirib ki, Rusiya aktivləri nizamlanmada mühüm rol oynaya bilər və Aİ-nin addımları buna mane olmamalıdır.

Aysel Şirinova