Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
sosial

Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam

28-11-2025 19:00 101 Просмотров
IMG

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad olunub.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam noyabrın 12-də imzalanıb.

 

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

 

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

 

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilib.