Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının iki rayonunda qaz olmayacaq
sosial

Bakının iki rayonunda qaz olmayacaq

27-11-2025 22:00 96 Просмотров
IMG

Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

"Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.