Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasının tərəfdarıyıq - KTMT
siyasət

Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasının tərəfdarıyıq - KTMT

27-11-2025 16:00 103 Просмотров
IMG

Bişkekdə keçirilən sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında tezliklə şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bəyan edib.

"Tvit.az" xəbər verir ki, təşkilatın qəbul etdiyi yekun Bəyanatda deyilir: “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanma və tezliklə şərtsiz sülh müqaviləsinin bağlanması tərəfdarıyıq".

KTMT rəhbərliyi regionda davamlı sabitlik və uzunmüddətli əməkdaşlıq üçün Bakı–İrəvan danışıqlarının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.