İmişli rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Tvit.az" xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.