Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü
siyasət

Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü

26-11-2025 22:00 121 Просмотров
IMG

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin X hesabında bildirilib.

 

"Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib", - paylaşımda qeyd olunub.