Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi
turizm

Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi

26-11-2025 19:00 105 Просмотров
IMG

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nizami rayon Məhkəməsində qərar qəbul edilib.

 

Qərara əsasən, Abdulla İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Həmin şəxslər Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.