Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
СПОРТ

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

25-11-2025 21:00 13 Просмотров
IMG

Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

 

Tvit.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qevin Rayandan (İrlandiya) güclü olub.

 

O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.

 

İdmançımız noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.

 

Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 final görüşünə çıxacaq.