Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ"ın "Napoli" ilə oyunu təxirə salına bilər? - Açıqlama
СПОРТ

"Qarabağ"ın "Napoli" ilə oyunu təxirə salına bilər? - Açıqlama

25-11-2025 14:00 24 Просмотров
IMG

İtaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Napoli” – “Qarabağ” oyununun pis hava şəraiti səbəbindən təxirə salına biləcəyini yazıb.

"Tvit.az" xəbər verir ki, matçın keçiriləcəyi Neapol şəhərində yağışlı hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Proqnozuna əsasən, bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.

“Qarabağ” klubundan Azərtac-ın sorğusuna cavab olaraq bildirilib ki, hava şəraitinə baxmayaraq, matçın təxirə salınması nəzərdə tutulmayıb.

Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, hazırda gündəmdə belə bir məsələ yoxdur.

Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.