Ukraynadakı münaqişənin davamlı həlli yalnız danışıqlar üçün bütün tərəfləri qane edən zəmin yaradılarsa mümkündür.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Trampın planı yeni qeyri-sabitlik yaratmadan tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını təmin edərsə, razılaşma mümkün olacaq . Biz razılaşdırılmış məsələlər və danışıqlara başlamaq üçün müsbət gündəm olarsa, güzəştin mümkün olacağına inanırıq”,- deyə Ərdoğan bildirib.
Elmin Alışov