Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah Bakıda D-8 Media Forumu keçiriləcək
sosial

Sabah Bakıda D-8 Media Forumu keçiriləcək

20-11-2025 18:00 20 Просмотров
IMG

Sabah D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

 

MEDİA-nın təşkilatçılığı ilə keçiriləcək forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.

 

Forum çərçivəsində "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel sessiyanın, həmçinin "Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər" mövzusunda vörkşopun təşkili planlaşdırılır.

 

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.