Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələr 557 milyard dollara çatıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih deyib.
“Səudiyyə Ərəbistanı ilə ABŞ arasında ortaqlığı gücləndirmək üçün müxtəlif sektorlarda çoxlu razılaşmalar imzaladıq. Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələrin ümumi dəyəri 557 milyard dollara çatıb”,- deyə nazir bildirib.
Elmin Alışov