Yaponiya Baş nazir Takaichi Sanae-nin Tayvanla bağlı açıqlamaları səbəbindən Çinlə yaranan gərginlik fonunda Tayvanda yaşayan vətəndaşlarına təhlükəsizlikləri ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xəbərdarlıqda vətəndaşlardan çölə çıxarkən ətrafa diqqətlə baxmaq, onlara yaxınlaşan şübhəli şəxslərdən ehtiyatlı olmaları, qrup halında hərəkət edərək təhlükəsizliklərini maksimum dərəcədə təmin etmələri xahiş olunub.
Elmin Alışov