Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin 2027-ci ilə qədər başa çatacağına ümid etdiyini deyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Ümid edirəm ki, sülh 2027-ci ilə qədər təmin olunacaq. Mənim fikrimcə, son aylar bir sıra taleyüklü qərarlar qəbul edilib ki, bunlar Rusiya üzərində təzyiq məsələsində çox şeyi dəyişib,” - deyə Fransa lideri vurğulayıb.
Makron qeyd edib ki, belə qərarlardan biri ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalarıdır. Onun sözlərinə görə, hər belə tədbir və Kiyevə dəstəyin gücləndirilməsi Ukraynada dayanıqlı sülhün yaxınlaşmasına töhfə verir.
Aysel Şirinova