Ukraynada Octopus adlı dron-perehvatçılarının kütləvi istehsalına başlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal Telegram kanalında məlumat verib.
Nazirin sözlərinə görə, pilotsuz uçuş aparatı “Şahed” tipli dronları zərərsizləşdirmək üçün yaradılıb. Texnologiya artıq ilk üç istehsalçıya təhvil verilib, daha 11 şirkət isə istehsal xətlərini hazırlayır.
“Octopus döyüşdə sınaqdan keçmiş, Ukrayna Silahlı Qüvvələri tərəfindən hazırlanmış, "Şahed"lərin tutulması üçün məhz ukraynalı texnologiyadır. O, gecə vaxtı, radioelektron maneələr altında və alçaq hündürlüklərdə işləyir”, - deyə Şmıqal bildirib.
Aysel Şirinova