Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bu ölkə Lukoilə sanksiya tətbiq edəcək
dünya

Bu ölkə Lukoilə sanksiya tətbiq edəcək

14-11-2025 20:00 18 Просмотров
IMG

Rumıniya hökuməti Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı beynəlxalq sanksiyaları milli qanunvericiliyə köçürən, habelə bu sanksiyaların iki şirkətin Rumıniyadakı kommersiya tərəfdaşlarına mənfi təsirini yumşaldacaq reqlament qəbul edəcək. 

Tvit.az xəbər verir ki, bu barədə Energetika naziri Boqdan İvan danışıb.

“Biz bir tərəfdən bu beynəlxalq sanksiyaların milli qanunvericiliyə tərcüməsini aydınlaşdırmaq, digər tərəfdən isə həm təchizatçılar, həm distribyutorlar, həm də hazırda beynəlxalq sanksiyalar altında olan iki şirkətlə rəsmi işgüzar əlaqələri olan bütün şirkətlər üçün mənfi nəticələri məhdudlaşdırmaq üçün bir sıra nazirliklərlə işləyirik (Lukoyl və Rosneft) ” , - deyə agentlikdən bildiriblər .

Aysel