Rusiya Müdafiə Nazirliyi Kareliyada Su-30 təyyarəsinin qəzaya uğradığını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə təxminən saat 19:00-da Kareliya Respublikasında planlaşdırılmış təlim uçuşu zamanı Su-30 təyyarəsi qəzaya uğrayıb", - Müdafiə Nazirliyi bildirib.
Hərbi idarə aydınlaşdırıb ki, təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb və sursatsız uçub.
Aysel Şirinova