Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna lideri Vladimir Zelenskidən onu mülki əsirlər siyahısına daxil etməyi xahiş edib.
Tvit.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Telegram kanalında məlumat verilib.
“Xahiş edirəm, məni Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri, eləcə də Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri kimi mülki əsirlər siyahısına daxil edin”, - deyə o, Zelenskiyə müraciət edib.
Mixeil Saakaşvili 2004–2013-cü illərdə Gürcüstanın prezidenti olub. Partiyasının məğlubiyyətindən sonra ölkəni tərk edib. Yeni hakimiyyət onun barəsində bir neçə cinayət işi açıb və onu vətəndaşlıqdan məhrum edib.
Siyasətçi daha sonra Ukrayna vətəndaşlığı alıb və Odessa vilayət administrasiyasına rəhbərlik edib. Sonradan onu Ukrayna vətəndaşlığından da məhrum ediblər, lakin Zelenski 2019-cu ildə hakimiyyətə gəldikdən sonra Saakaşviliyə pasportunu qaytarıb.
Aysel Şirinova