Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO çərçivəsində keçirilməsi təsdiqləndi
sosial

Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO çərçivəsində keçirilməsi təsdiqləndi

12-11-2025 12:00 15 Просмотров
IMG

Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Qeyd edilib ki, qərar UNESCO Baş Konfransın Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü sessiyasında təsdiq olunub.