Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Donald Trampla telefon danışığı aparıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, o, Ukrayna, müdafiə, ticarət və enerji məsələlərini müzakirə edib.
"Bu gün Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etmək üçün telefon danışığı etdim. Aİ-ABŞ əlaqələrini gücləndirməyi və geosiyasi problemləri həll etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik. Biz müdafiə və Ukrayna, ticarət və enerji məsələlərini müzakirə etdik. Biz birlikdə hər iki sahədə rifah və sabitliyi təşviq edə bilərik", - deyə komissiya rəhbəri vurğulayıb.
Aysel Şirinova