Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İstanbul Prokurorluğu Netanyahu və digərlərinə qarşı həbs qərarı verib
dünya

İstanbul Prokurorluğu Netanyahu və digərlərinə qarşı həbs qərarı verib

07-11-2025 23:00 30 Просмотров
IMG

İstanbul Baş Prokurorluğu Qəzza müharibəsi ilə əlaqədar “soyqırımı” ittihamı əsasında İsrailin Baş naziri Benyamin Netanyahu da daxil olmaqla 37 nəfərin həbsi barədə qərar çıxarıb.

Tvit.az xəbər verir ki, "Turkiye Today"ın məlumatına görə, prokurorluğun açıqladığı siyahıda İsrailin müdafiə naziri İsrael Katz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eyel Zamir və Milli Təhlükəsizlik naziri Itamar Ben Qvir də yer alır.

Məlumata görə, prokurorluq bu şəxsləri Qəzza zolağında mülki əhaliyə qarşı sistemli zorakılıq törətməkdə ittiham edir. Bu qərar İsrailin 2023-cü il oktyabrın 7-də Həmasın hücumundan sonra başladığı hərbi əməliyyatlar fonunda qəbul edilib.

Aysel