Tvit.az xəbər verir ki, bu barədə o, "The New York Times" qəzetinə müsahibəsində deyib.
"Tokayev deyib ki, onun fikrincə, Ukraynada atəşkəs mümkündür və Qazaxıstan Ukrayna ilə Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır."
Bundan əvvəl ABŞ və Qazaxıstan liderləri Donald Tramp və Kasım-Jomart Tokayev Ağ Evdə ikitərəfli danışıqlar aparıb, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı ediblər.
ABŞ-Mərkəzi Asiya sammitində Tokayev Trampı böyük dövlət xadimi adlandırıb.