Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Teymurov və Qurbanovun ailə üzvlərinə Prezident təqaüdü veriləcək
sosial

Teymurov və Qurbanovun ailə üzvlərinə Prezident təqaüdü veriləcək

07-11-2025 18:00 13 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

 

Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

 

Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.