Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp ABŞ və Özbəkistan arasında ticarət sazişi imzaladı
dünya

Tramp ABŞ və Özbəkistan arasında ticarət sazişi imzaladı

07-11-2025 08:00 24 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp ABŞ və Özbəkistan arasında ticarət-iqtisadi sazişin imzalandığını açıqlayıb.


Tvit.az xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.


Tramp Özbəkistanın qarşıdakı üç ildə kritik minerallar, aviasiya, avtomobil hissələri, infrastruktur, kənd təsərrüfatı və digər mühüm Amerika sektorlarında təqribən 35 milyard dollar alış və sərmayə qoyacağını və qarşıdakı 10 ildə bu rəqəmin 100 milyard dolları keçəcəyini qeyd edib.


Elmin Alışov