Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Onkoloji xəstəliklər üçün ayrılacaq vəsait məlum oldu
sosial

Onkoloji xəstəliklər üçün ayrılacaq vəsait məlum oldu

04-11-2025 12:00 30 Просмотров
IMG

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 65,6 milyon manat vəsait yönəldiləcək.

"Tvit.az"ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.