İsrail humanitar yardımın Qəzzaya daxil olmasına icazə vermək öhdəliklərini yerinə yetirmir və razılaşdırılmış miqdarda yükün keçməsinə icazə vermir.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.
"İsrail atəşkəsi pozmağı dayandırmalıdır. Humanitar yardımın çatdırılmasını təmin etmək üçün də öz öhdəliklərini yerinə yetirmir. Köməkliklə 600-ə yaxın yük maşınının və 50 ədəd yanacaq çəninin daxil olmasını təmin etmək lazımdır. Lakin, düzünü desəm, biz bu rəqəmin Qəzzaya daxil olduğunu görmürük," - Fidan yeddi müsəlman ölkəsinin xarici işlər nazirlərinin İstanbulda Qəzza ilə bağlı görüşündən sonra deyib.
O, həmçinin deyib ki, beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərməyə davam etməlidir.
Aysel Şirinova