Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi
sosial

Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi

03-11-2025 17:00 22 Просмотров
IMG

Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydalarında dəyişiklik edilib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxil edilib:

digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı;

Sözügedən dəyişiklik “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” və “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”na da şamil ediləcək.