Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq
sosial

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

03-11-2025 11:00 23 Просмотров
IMG

3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.