UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun Bakıya səfər proqramı bəlli olub.
Bu barədə "Tvit.az"a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, London təmsilçisi Azərbaycan paytaxtına matçdan 1 gün öncə - noyabrın 4-də gələcək. “Zadəganlar”ın Bakıda oyunöncəsi mətbuat konfransı və açıq məşqi nəzərdə tutulmayıb.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.