Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb
sosial

Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb

01-11-2025 14:00 21 Просмотров
IMG

Ötən ay Azərbaycandan çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd edilib.

Bildirilib ki, sözügedən dövrdə sərhəd rеjim qaydalarını pоzduqlarına görə 757 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 329 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkədən çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 48 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.