Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Dünən saxlanılan başçı haqda qərar verildi
sosial

Dünən saxlanılan başçı haqda qərar verildi

31-10-2025 19:00 30 Просмотров
IMG

Balakən Rayon İcra Hakimiyyətinin ötən gün vəzifəsindən azad edilən başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

 

Tvit.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

 

İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

 

Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılmışdı.