Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı
sosial

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

31-10-2025 12:00 23 Просмотров
IMG

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

"Tvit.az" Apa-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl Monteneqronun paytaxtı Podqoristada bıçaqlı insident baş verib. İnsidentin iğtişaşlara çevrilməsi fonunda bir qrup şəxs Monteneqro hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Türkiyə vətəndaşları da olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi Azərbaycan vətəndaşının vəziyyətini diqqətdə saxlayıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Monteneqro Ombudsmanına müraciət edib.