Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıdakı qəzada ölən tanınmış müğənni imiş - VİDEO
turizm

Bakıdakı qəzada ölən tanınmış müğənni imiş - VİDEO

31-10-2025 10:00 20 Просмотров
IMG

Ötən gecə 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vuraraq ölümünə səbəb olub.

"Tvit.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən 37 yaşlı Vlada tanınmış müğənnidir.

O, bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.