Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ərdoğan Azərbaycana təşəkkür etdi
sosial

Ərdoğan Azərbaycana təşəkkür etdi

30-10-2025 21:00 17 Просмотров
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.

 

Tvit.az xəbər verir ki, Türkiyə lideri müvafiq mesajı X sosial şəbəkəsində paylaşıb.

 

Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.