Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Finlandiya Rusiya ilə sərhəddə təlim keçirəcək - Hərbçi sayı açıqlandı
dünya

Finlandiya Rusiya ilə sərhəddə təlim keçirəcək - Hərbçi sayı açıqlandı

30-10-2025 18:00 18 Просмотров
IMG

Finlandiyanın quru qoşunları noyabrın sonunda başlayacaq təlimlərdə iştirak etmək üçün təxminən 15 min hərbçini cəlb edəcək.

Tvit.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin bəzi mərhələlərinin Rusiyayla sərhəd yaxınlığında keçiriləcəyi bildirilib.

“Təlimlərdə həmçinin ehtiyatda olan hərbçilər və müttəfiq ölkələrin nümayəndələri də iştirak edəcəklər. Təlimlər bütün Finlandiya ərazisində keçiriləcək”, – bəyanatda qeyd olunur.

Aysel Şirinova