Azərbaycan Kubokunda 1/8 finala yüksələn komandalar müəyyənləşib.
Tvit.az xəbər verir ki, Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin ilk oyunları keçirilib və 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandaların adları bəlli olub.
Mərhələnin ilk oyun günündə altı komanda növbəti mərhələyə adını yazdırıb.
"Azərsun Arena"da keçirilən görüşdə "Turan Tovuz" komandası "Dinamo" ilə qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılaraq növbəti mərhələyə yüksəlib.
Şamaxı şəhər stadionunda baş tutan "Karvan-Yevlax" - "Sheki City" matçı isə əlavə vaxtda yekunlaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Yevlax təmsilçisi əlavə vaxtda hesabı 3:1 edərək 1/8 finala yüksəlməyi bacarıb.
Digər görüşlərin nəticələrini təqdim edirik:
"Cəbrayıl" - "Şəfa" - 0:3;
"Göygöl" - "Baku Sportinq" - 0:2;
"Kəpəz" - "Ağstafa Gəncləri" - 6:1;
"Qaradağ Lökbatan" - "İmişli" - 2:3.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.