Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Həyat yoldaşına işgəncə verən ər saxlanıldı
sosial

Həyat yoldaşına işgəncə verən ər saxlanıldı

28-10-2025 20:00 21 Просмотров
IMG

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

 

Tvit.az xəbər verir ki, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

 

“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, həmin kişi qadının saçlarını zorla qırxaraq həmin anları mobil telefonla çəkib.