Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Bandotdel"dən ƏMƏLİYYAT - Saxlanılanlar var
sosial

"Bandotdel"dən ƏMƏLİYYAT - Saxlanılanlar var

28-10-2025 20:00 21 Просмотров
IMG

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının iştirakı ilə dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu, 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.

 

Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb.

 

Qaradağ rayonunun Lökbatan qəsəbəsində onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar polis tərəfindən aşkarlanıb.

 

Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.