Estoniyanın cənub-şərqində yerləşən Reedo hərbi şəhərciyi yaxınlığında hərbçilər pilotsuz uçan aparatı vurublar.
Tvit.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ordu, polis və sərhəd mühafizəsi əməkdaşları birlikdə vurulmuş dronu tapmağa cəhd göstəriblər, lakin onu aşkar etmək mümkün olmayıb,” – deyə o bildirib.
Hələlik əlavə məlumat verilməyib.
Aysel Şirinova