Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla görüşməkdən və Pakistan mövzusunda mümkün söhbətdən qaçmaq üçün 26–28 oktyabr tarixlərində Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitinə getməyib.
Tvit.az bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Mənbələrin bildirdiyinə görə, Modi Trampın may ayında Hindistanla Pakistan arasında dörd günlük silahlı toqquşmadan sonra atəşkəsin əldə olunmasında vasitəçi kimi çıxış etdiyi barədə iddialarını təkrarlayacağından ehtiyat edirdi. Hindistan isə Trampın bu məsələyə müdaxiləsini ardıcıl olaraq təkzib edib,” – materialda qeyd olunur.