Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Macarıstan Brüsselin bu planlarına qarşı çıxıb
dünya

Macarıstan Brüsselin bu planlarına qarşı çıxıb

27-10-2025 21:00 22 Просмотров
IMG

Macarıstan hökuməti Avropa Komissiyasının 2028-ci ilin əvvəlinə qədər Rusiya neft və qazından imtina etmək planına, eləcə də Avropa İttifaqının enerji sektorunda Rusiya Federasiyasına qarşı sanksiyalarına qarşı çıxıb. 

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto ölkə parlamentindəki deputatların suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, sanksiyalar məqsədinə çatmayıb və Ukraynadakı münaqişənin sona çatmasına gətirib çıxarmayıb, lakin Avropa İttifaqı liderləri uğursuzluqlara baxmayaraq öz siyasətindən əl çəkmək niyyətində deyillər.

"Onlar təkcə iqtisadiyyata deyil, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə xələl gətirmək istəyirlər," - xarici işlər naziri xəbərdarlıq edib.

O bildirib ki, Macarıstan, eləcə də qonşu Slovakiya Mərkəzi Avropa ölkələrinə etibarlı enerji təchizatı təmin edən Rusiya neft və qazı olmadan mövcud ola bilməz. Xarici işlər naziri həmçinin qeyd edib ki, Rusiya Federasiyasının enerji resurslarından imtina etməyin onun siyasətinə heç bir təsiri olmayacaq.